12 C
Baku
Saturday, November 23, 2024

Canet Yellen: “Qərb ilin sonuna qədər Ukraynanı maliyyələşdirməyə hazırdır”

Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının görüşü zamanı ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, Qərb ilin sonuna qədər Ukraynaya maliyyə ayırmağa hazırdır.

Müharibə 2024-cü ilin ortalarına qədər bitərsə, BVF Ukraynanın xarici maliyyəyə ehtiyacının 115 milyard dollar təşkil edəcəyini hesab edir. Müharibənin 2025-ci ilin sonuna qədər davam etdiyi təqdirdə, maliyyə ehtiyacı 140 milyard dollara qədər artacaq.

Banker.az bu barədə Haqqin.az-a istinadən xəbər verir.

Müharibədən sonra Ukraynanın bərpasına çəkilən xərc Dünya Bankı tərəfindən 411 milyard dollar dəyərində qiymətləndirilir. Yellenin sözlərinə görə, donor ölkələr ayrıca platforma vasitəsilə Ukraynaya uzunmüddətli yardımı əlaqələndirəcək, həmçinin təcili bərpa, daha doğrusu enerji şəbəkələrinin təmiri üçün vəsait ayıracaq.

Keçən həftə BVF 15.6 milyard dollarlıq yardım paketini təsdiqləsə də, BVF proqram üçün “fövqəladə risklərin” olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər