10 C
Baku
Saturday, November 23, 2024

“Atəşgah” Sığorta Şirkətinə yeni təyinat!

Ölkəmizin qabaqcıl sığorta şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni sədr təyin olundu.

Belə ki, Kazımov Tahir İslam oğlu “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub.

Tahir Kazımov “Atəşgah” Sığorta Şirkətində peşəkar fəaliyyətinə 1998-ci ildə başlamış və müxtəlif vəzifələri icra etmişdir. O, bu illər ərzində çalışdığı sahələr üzrə çoxsaylı uğur qazanmış və şirkətə yeniliklər gətirmişdir.

İxtisasca riyaziyyatçı olan T. Kazımov S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakultəsini uğurla bitirmişdir.

“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri Tahir Kazımova yeni vəzifəsində  bol uğur və müvəfəqiyyət arzu edirik!

 

Son xəbərlər
Digər xəbərlər