10 C
Baku
Thursday, December 12, 2024

16 qurumda 36.7 milyon manat səmərəsiz xərclərə yol verilib

Ötən il 16 qurumda 36.7 milyon manat səmərəsiz xərclərə yol verilib.

Banker.az bu barədə Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında Hesabatına istinadən xəbər verir.

Uyğunluq auditlərində səmərəsiz istifadə halları aşağıdakı kimi təsnif olunub:

  • 1.3 mln. manat – Audit dövrünün əvvəlində alınsa da, tətbiq edilməyən proqram təminatı
  • 9.9 mln. manat – Audit dövrünün əvvəlində alınsa da, istifadə edilməyən avadanlıq və ya mallar
  • 8.3 mln. manat – Avans ödənişi aparılmış müqavilələrin sonradan dayandırılması
  • 2.7 mln. manat – “Covid-19” və digər səbəblərdən keçirilməyən tədbirlərə xərclər
  • 12 mln. manat – Bağlanılmış müqavilədə qurum üçün əlverişsiz şərtlərin nəzərdə tutulması
  • 0.6 mln. manat – Ehtiyac olmadan iş həcminin artırılması
  • 1.4 mln. manat – Fəaliyyətsiz olan əsas vəsaitə çəkilən xərclər
  • 0.5 mln. manat – Digər səmərəsiz istifadə halları

Qeyd edək ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı müzakirə edilib.

Son xəbərlər
Digər xəbərlər