Ukrayna Dünya Bankından 200 milyon dollar qrant alacaq.
Vəsait ölkənin enerji infrastrukturunun bərpasına yönəldiləcək.
“Bu gün Dünya Bankı Ukraynanın enerji infrastrukturunun bərpası layihəsinə 200 milyon dollar qrant ayırdığını elan edib”, – deyə məlumatda bildirilir.
Bundan əlavə, layihənin miqyası genişləndikcə tərəfdaşlardan qrant və digər növ ianələr şəklində 300 milyon ABŞ dollarına qədər məbləğdə əlavə maliyyə vəsaitinin alınması nəzərdə tutulur.