“2023-cü ildə Ukraynanın əsas iqtisadi xərcləri maliyyələşdirmək üçün əlavə 11 milyard ABŞ dollarına ehtiyac var”.
Bunu Dünya Bankının (DB) prezidenti Devid Malpas deyib.
“Bizim qiymətləndirməmizə görə, 2023-cü ildə ölkənin kritik əhəmiyyətli iqtisadi və əsas xərclərini ödəmək üçün lazım olan əlavə 11 milyard dollarlıq maliyyə çatışmazlığı ilə qarşılaşacağıq”, – o, bildirib.
Onun sözlərinə görə, təşkilat təcili maliyyələşdirmə çərçivəsində Ukrayna üçün 23 milyard ABŞ dollarından çox vəsait toplaya bilib.
Dünya Bankının rəhbəri əlavə edib ki, bu məbləğin 20 milyard ABŞ dolları artıq müvafiq sahələrə yönəldilib. Eyni zamanda, o qeyd edib ki, DB-də ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edən etibarlı nəzarət mexanizmləri yaradılıb.