“Günay Sığorta”nın 2022-ci ilin 4-cü rübündə işçilərinin sayı 104 nəfər təşkil edib.
Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
2022-ci ilin 1-ci rübünə isə sığorta şirkətinin işçilərinin sayı 112 nəfər olub ki, bu da 8 nəfərin azalması deməkdir.
“Günay Sığorta”da 2-ci rübdə çalışan işçilərin sayı 107 nəfər, 3-cü rübdə isə 106 nəfər təşkil edib.
Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb, nizamnamə kapitalı 11.1 milyon manatdır.