9 C
Baku
Monday, November 18, 2024

Mobil rabitə sektoru­nun gəlirləri 10 fai­zədək artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 262,1 milyon manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə “vergiler.az”a Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, əldə olunan gəlirlərin həcmi 2022-ci ilin eyni dövrünə nisbətdə 23,1 milyon manat və ya 9,7 faiz artıb.

Bu ilin mart ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 11,9 faiz və ya 9,4 milyon manat artaraq 88,4 milyon manat olub. Bu ilin fevral ayı ilə müqayisədə isə bu göstərici 8,5 faiz və ya 6,9 milyon manat artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 37,8 faizini təşkil edib.

Ümumilikdə cari ilin ilk rübündə ölkənin informasiya və rabitə müəssisələri tərəfindən 692,7 milyon manatlıq xidmət göstərilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz çoxdur. Xidmətlərin 75,5 faizi əhali tərəfindən istehlak olunub.

Son xəbərlər
Digər xəbərlər