2023-cü ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2022-ci ilin yanvar-mart aylarına nisbətən 13.8 faiz olub və bu yanvar-fevral ayında 13.9% idi.
Bu barədə Dövlət Statistyika Komtiəsindən Banker.az-a məlumat daxil olub.
Məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17.1 faiz, qeyri-ərzaq məhsulları üzrə 12.0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.6 faiz artım tedib.
2023-cü ilin fevralında olan 1.5%-lik aylıq inflyasiya mart ayında 0.7%-ə düşüb. Əvvəlki ilin mart ayına nisbətən ölkədə qiymətlər 13.6 faiz təşkil artıb.
2023-cü ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1.3 faiz, əvvəlki ilin mart ayına nisbətən 16.8 faiz təşkil etmişdir.