“Kİargofly” MMC gömrük qaydaları əleyhinə olan (Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi) inzibati xəta protokolu tərtib edilib.
Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddasinə görə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Xəzər Rayon Məhkəməsində hakim Zaur Tağıyevin icraatındadır.
Qeyd edək ki, şirkət 2018-ci ildən etibarən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının ən əsas da Türkiyədən sifarişlərin çatdırılmasını həyata keçirir.