Almaniyanın müdafiə naziri Boris Pistorius Fransa Prezidenti Emmanuel Makronun Avropanın ABŞ-ın “vassalı” olması ilə bağlı sözlərini tənqid edib.
Bu barədə Almaniya müdafiə naziri ZDF telekanlına deyib.
“Mən bu şərhi uğursuz hesab edirəm, amma düşünürəm ki, Yelisey Sarayı buna bir qədər düzəliş etdi. Biz heç vaxt ABŞ-ın vassalı olmaq və ya vassalı olmaq təhlükəsi ilə üzləşməmişik”, – nazir əlavə edib.
Pistorius deyib ki, Avropa İttifaqının “xarici siyasət və təhlükəsizlik siyasəti haqqında danışa bilməsi və transatlantik müttəfiqi ABŞ-la məsləhətləşərək öz mövqelərini müəyyənləşdirə bilməsi” vacibdir.
Müdafiə naziri deyib ki, bu, müxtəlif mövqelər arasında fərqi müəyyənləşdirməyə kömək etmir. ” Bu, yalnız Çinin xarici siyasətinə kömək edir”, – deyə Pistorius əlavə edib.