Çinin müdafiə naziri Li Şanfu aprelin 16-19-da Rusiyaya rəsmi səfər edəcək.
Bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei bildirib.
“Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə Çinin müdafiə naziri Li Şanfu aprelin 16-19-da Rusiyaya rəsmi səfər edəcək”, – deyə Çin MN rəsmi nümayəndəsi vurğulayıb.
Qeyd olunub ki, Li Şanfu Rusiya Federasiyasına səfəri zamanı Rusiya ordusunun rəhbərliyi ilə danışıqlar aparacaq, həmçinin Rusiya hərbi təhsil müəssisələrinə baş çəkəcək.