6 C
Baku
Sunday, December 15, 2024

Sahibkarlığın İnkişafı Fondunun xalis mənfəəti azalıb

Sahibkarlığın İnkişafı Fondu 2022-ci ildə 15.51 milyon manat xalis mənfəət əldə edib.

Bunu Banker.az SİF-in illik audit hesabatına istinad edir.

Fondun 2021-ci ildəki xalis mənfəəti 17.68 milyon manat idi.

SİF 2022-ci ildə faiz gəlirindən 13.31 milyon manat qazanmaqla öncəki ili 14% üstələmiş olub. Ehtimal olunan kredit zərərlərinin azalması üzrə gəlirləri 8 945 min manat təşkil edib. Əməliyyat və vergi xərcləri 7.81 mln. manat olmaqla, Fond 2022-ci ili 15.51 mln. manat mənfəətlə başa vurub.

Balans hesabatına gəlincə – aktivləri ötən il ərzində 842 mln. manatdan 952 mln. manata yüksəlib. Artımın əsas faktoru pul vəsaitlərinin 3.6 dəfə artımla 144 mln. manata yüksəlməsi, investisiya kağızlarının 79% artaraq 34 mln. manata, bankdakı depozitlərin 10% artaraq 66 mln. manata yüksəlməsidir. Əsas fəaliyyəti kredit təşkilatlarına verdiyi kreditlərdir ki, bu portfel illik 2% azalaraq 699 milyon manata düşüb.

2 2 1 3

Son xəbərlər
Digər xəbərlər