10 C
Baku
Thursday, December 12, 2024

Bu istiqamətlərdə dövlət sərhədi yolunun bir hissəsi bağlandı

Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsi bağlanıb.

Zaqatala şəhərinin girişindəki Tala çayı üzərindəki körpünün əsaslı təmiri ilə əlaqədar bu gün yolda hərəkət məhdudlaşdırılıb.

 

Balakən və əks istiqamətdə hərəkət edən bütün növ avtomobillər şəhərin digər girişindəki körpüdən istifadə edəcək.

Qeyd edək ki, təmirə bağlanan körpü 1967-ci ildə istifadəyə verilib. Körpü istifadəyə verilən zaman uzunluğu 132 metr, eni 7 metr olub. 2017-ci ildə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun 124-184-cü kilometrliyində yenidənqurma və əsaslı bərpa işləri aparılan zaman Tala çayı üzərindəki körpü əsaslı təmir edilib. Təmirdən sonra körpüdə hərəkət zolağının eni 10 metr, piyada zolaqları isə 3 metr təşkil edib. Lakin körpüdə təmir aparılan zaman konstruksiya işləri düzgün aparılmadığından körpünün hər iki başı tez-tez dağılaraq yararsız hala düşürdü. Buda avtomobillərtin körpüdən hərəkətində çətinliklər yaradırdı. Demək olar ki, körpünün hər iki başı həftə ərazində iki dəfə təmir edilirdi.

Son xəbərlər
Digər xəbərlər