Əczaçılıq nəhəngi “Merck & Co.” biotexnoloji startap “Prometheus Bisciences”i alacaq. Məlumata görə, “Merck” şirkətin hər bir səhmi üçün 200 dollar ödəyəcək. Beləliklə, sövdələşmənin dəyəri 10.8 milyard dollar təşkil edəcək, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
“Prometheus” immun müalicə yollarını inkişaf etdirir, hələki onun portfelində təsdiqlənmiş preparat yoxdur. İndiyə qədər şirkətin ən uğurlu layihəsi Kron və xoralı kolit kimi xəstəliklərin müalicəsi üçün PRA023 layihəsi olub.
Şirkət bu yaxınlarda preparatın orta mərhələdə sınağının müsbət nəticələrini açıqlayıb və tədqiqatın son mərhələsinə keçmə prosesini sürətləndirməyi planlaşdırdığını bildirib.