Azərbaycan Respublikası dövlət büdcəsinin profisiti (qalıq) 2023-cü ilin yanvar-mart aylarında 1 milyard 723 milyon manat olmaqla öncəki aydan az təşkil edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət büdcəsinin gəlirlərinin həcmi ilin ilk rübündə 8 milyard 290 milyon mant olmaqla öncəki ayı 183 faiz üstələyib.
Dövlət büdcəsinin xərcləri illik müqayisədə 16.7% artaraq 6 milyard 567 milyon manat təşkil edib.
2023-cü ilin ilk iki ayında dövlət büdcəsinin profisiti 2 mlrd. 217.2 mln. manat idi.
Xatırladaq ki, hökumət 2023-cü ilin dövlət büdcəsində 2 mlrd. 579.3 mln. manat defisit gözləyir.