9 C
Baku
Thursday, December 12, 2024

ARDNF: mərkəzi bankların faiz artımlarını yavaş-yavaş dayandırması onun gəlirlərinə müsbət təsir edib

2022-ci il ərzində beynəlxalq maliyyə bazarlarında yaşanan volatillik 2023-cü ilin ilk 3 ayında da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində müəyyən qədər müşahidə olunsa da, iqtisadi göstəricilərin tədricən yaxşılaşması fonunda bazarlarda nikbinliyin artması, eləcə də, faiz dərəcələrindəki artım tempinin tədricən azalması ilə cari ilin sonu üçün monetar siyasətdə yumşalma gözləntiləri ARDNF-nin həm istiqraz, həm də səhm aktivlərinə öz müsbət töhfəsini göstərib.

Banker.az xəbər verir ki, bu barədə Fonddan bildirilir.

Eyni zamanda deyilir ki, maliyyə sektorunda, xüsusilə ABŞ və İsveçrə bank sektorunda yaşanan böhran fonunda ARDNF-nin istiqraz alt portfelinin son illərdə keyfiyyətinin artırılması mümkün mənfi təsirlərdən yayınmağa imkan verməklə, diversifikasiya effekti hesabına mart ayında investisiya portfelinin gəlirliliyin artmasına təkan vermişdir.

Buna baxmayaraq inkişaf etmiş ölkələrin iqtisadi göstəricilərinin bəzilərində müsbət tendensiya müşahidə olunsa belə, mərkəzi bankların təyin etdiyi hədəf dərəcələrindən yüksək olan inflyasiyanın daha uzun müddətdə davam etməsi ehtimalları maliyyə aktivlərinin gəlirlilikləri ilə bağlı qeyri-müəyyənlikləri istisna etmir.

Son xəbərlər
Digər xəbərlər