Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonla Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib.
Bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.
Vurğulanıb ki, tərəflər həmçinin kommunikasiya xətlərinin açılması barədə də danışıblar.
Bundan başqa, onlar qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, E.Olson Ermənistanda səfərdədir. O, daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan və parlamentin vitse-spikeri Ruben Rubinyanla görüşüb.