“McDonald`s” beynəlxalq restoranlar şəbəkəsi Belarusda “Mak.by” brendi altında fəaliyyətə başlayıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
“18 aprel 2023-cü il tarixindən etibarən restoranlar Mak.by brendi altında fəaliyyətə başlayır. Biz bütün yeməklərimizin sevimli dadını saxlamaqla, müxtəlif menyu təqdim etməyə davam edəcəyik”, – mesajda deyilir.
Şirkət mobil restoran proqramının istifadəyə verildiyini, həmçinin müştəri loyallığı proqramının və sifarişlərin çatdırılmasının bərpa olunduğunu elan edib.
Xatırladaq ki, “McDonald`s” şəbəkəsinin 25 restoranı Belarusda 2023-cü ilin noyabrında franşizadan çıxıb.