13 C
Baku
Friday, November 22, 2024

Ötən il “Qala Sığorta”nın gəlirləri azalıb

“Qala Sığorta” ASC 2022-ci ili 10 milyon 567 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə şirkətin mənfəəti 9 milyon 373 min manat olub ki, bu da illik müqayisədə 13% çoxdur.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Qala Sığorta”nın gəlirləri 42 milyon 418 min manat (illik müqayisədə 2.2% az), xərcləri 29 milyon 54 min manat (8% az), mənfəət vergisi ödəmələri isə 2 milyon 796 min manat (21% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Qala Sığorta”nın aktivləri 63 milyon 89 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 19% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 17% artaraq 38 milyon 681 min manata, balans kapitalı isə 23% artaraq 24 milyon 409 min manata çatıb.

Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Şirkətin səhmləri 100% “AzReTəkrarsığorta” ASC-yə (“Qala Həyat Sığorta” ASC-nin 90 %-lik səhmdarı) məxsusdur.

4 1

a1 2 5 3 1

Son xəbərlər
Digər xəbərlər