8 C
Baku
Thursday, December 12, 2024

Cari vergi ödəmələri hansı qaydada yerinə yetirilir?

Cari vergi ödəmələrinin hesablanması haqqında rüblük arayış təqdim edirik. ƏDV-yə keçəndən sonra bu arayış verilməlidirmi?

Banker.az Dövlər Vergi Xidmətinə istinadən bildirir ki, gəlir (mənfəət) vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir.

Cari vergi ödəmələri isə rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilməli, rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim edilməlidir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Qeyd: Verginin ödənilmə və bəyannamənin (o cümlədən arayışın) verilmə müddətinin sonuncu günü təqvimdə istirahət və ya bayram gününə düşdüyü halda növbəti iş gününə keçirilir.

Əsas: Vergi Məcəlləsinin 149-cu və 151-ci maddələri.

Son xəbərlər
Digər xəbərlər