Azərbaycanla Özbəkistan arasında investisiyaların təşviqi və potensial layihələr barədə müzakirələr aparılıb.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində yazıb.
“Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın son dövrlər fəal inkişaf etdiyini vurğuladıq”, – deyə nazir bildirib.