Fransada pensiya islahatlarına qarşı aksiyada iştirak edən nümayişçilər paytaxt Parisdə “Euronext” Fond Birjasının binasına daxil olublar.
Bu barədə yerli BFM TV məlumat yayıb.
Qeyd olunub ki, bu gün Fransa Prezidenti Emmanuel Makronun ölkənin cənub regionuna səfəri etdiyi bir vaxtda dəmiryol işçiləri pensiya islahatına qarşı Parisdə etiraz aksiyası keçiriblər.
Aksiya zamanı yüzlərlə nümayişçi Parisin əsasən ofis binaları yerləşən La Defense rayonunda “Euronext” Fond Birjasının binasına daxil olublar, bir müddətdən sonra binanı tərk edərək meydanda toplaşıblar.