21 C
Baku
Tuesday, October 1, 2024

Zelenski: “Ukrayna NATO-ya üzvlük üçün hər şeyi edib”

“Ukrayna NATO-ya müraciətinin təsdiqlənməsi üçün hər şeyi edib”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, buna ən böyük töhfəni Ukrayna Silahlı Qüvvələri verib.

“Ukrayna ərizəmizin təmin olunması üçün hər şeyi etdi. Avropanın Avro-Atlantik təhlükəsizliyinə döyüşçülərimizdən daha çox kimin töhfəsi olduğunu söyləmək belə çətindir…Azadlığı canları ilə müdafiə edən ukraynalı kişilər və qadınlar. Bu işdə bizi dəstəkləyən bütün tərəfdaşlara təşəkkürlər”, – Zelenski deyib.

Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın yerinin haqlı olaraq NATO-da olduğunu deyib. Bildirib ki, buna görə də Alyans bunun mümkün olması üçün hər şeyi edəcək.

Həmçinin Çexiya Prezidenti Petr Pavel də NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə Ukraynanın Alyansa daxil olmasını dəstəklədiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər