18 C
Baku
Friday, November 22, 2024

Rumıniya Ukrayna taxılının idxalını yasaqlamayacaq

Rumıniya Ukrayna ərzaq məhsullarının idxalını qadağan etmək niyyətində deyil, lakin onu məhdudlaşdırmağa çalışacaq.

Bu barədə “Reuters” Rumıniyanın kənd təsərrüfatı naziri Petr Deaya istinadən məlumat yayıb.

O bildirib ki, ölkə birtərəfli qaydada Ukrayna taxıl idxalına qadağa qoymayacaq və Avropa Komissiyasının Mərkəzi-Şərqi Avropadakı fermerlərə kömək etmək üçün addım atmasını gözləyəcək.

Bununla belə, nəşrin məlumatına görə, Dea Buxarestdə ukraynalı həmkarı Nikolay Solski ilə görüşdükdən sonra ölkələrin idxalı məhdudlaşdırmaq üçün gözlənilən taxıl həcmləri ilə bağlı həftəlik məsləhətləşmələr aparacaqlarını qeyd edib.

Xatırladaq ki, aprelin 15-də Polşa Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalına qadağa qoysa da, aprelin 18-də tranzitin bərpasına razılıq verib. Bundan əlavə, Macarıstan Ukraynadan 25 məhsulun idxalına qadağa qoyub. Slovakiya və Bolqarıstanda da oxşar qərarlar nəzərdən keçirilir.

Son xəbərlər
Digər xəbərlər