Rəsmi Berlin Rusiya diplomatlarının Almaniyadan kütləvi şəkildə çıxarılması ilə bağlı qərar qəbul edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən qeyd olunub ki, Rusiya diplomatlarının Berlindən kütləvi şəkildə qovulmasına qarşılıqlı cavab veriləcək.
“Berlin öhdəliklərini pozub. Onlar Rusiya-Almaniya münasibətlərini məhv etmək siyasəti yürüdürlər”, – Rusiya XİN-dən vurğulanıb.