Qarabağ və Şərqi Zəngəzurda çalışmaq istəyənlər müxtəlif güzəştlərdən yararlanacaq.
Qanunvericiliyə edilən dəyişikliyə görə bu ildən etibarən yeni imtiyazlar müəyyənləşib.
Belə ki, işğaldan azad edilən ərazilərdə çalışacaq işçilərin son 5 ildə ən azı 2 il təcrübəsi varsa, birdəfəlik 600 manat müavinət alacaqlar. Bununla yanaşı gəlir vergisi, sosial sığorta ödənişlərindən də azad ediləcək.