21 C
Baku
Tuesday, October 1, 2024

NATO müdafiə nazirləri yenidən toplaşacaq

NATO mayın 10-da Brüsseldə alyansa daxil olan ölkələrin müdafiə nazirlərinin toplantısını keçirəcək. Qərar NATO ölkələri və İsveçin müdafiə idarələrinin rəhbərləri arasında keçirilən videokonfrans zamanı qəbul edilib.

Bu barədə alyansın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Vurğulanır ki, nazirlərin videokonfransı “NATO-nun kollektiv müdafiəsi çərçivəsində hərbi planlaşdırma üzrə davam edən işlərin müzakirəsinə” həsr olunub. Bu işlər NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitinə hazırlıq çərçivəsində həyata keçirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər