1 C
Baku
Saturday, December 14, 2024

Avropa İttifaqı Ukraynaya 13 milyard avrodan çox silah tədarük edib

Avropa İttifaqı (Aİ) Ukraynaya 13 milyard avro dəyərində silah tədarük edib və 16 mindən çox ukraynalı hərbçiyə təlim keçib.

Bu barədə Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borel bildirib.

“Bu gün biz silah tədarükünün həcmini müzakirə etdik, güman edirəm ki, onlar artıq 13 milyard avrodan artıq tədarük edilib. Biz Ukraynaya 1 milyon döyüş sursatı, artilleriya mərmisi və raket tədarük etmək vədimizi yerinə yetirməyə davam edirik. 1 000-dən çox raket və bəzi sursat artıq göndərilib … Mən dəqiq rəqəmlər deyə bilmərəm. Yeni silahların alınması istiqamətində də işlər davam edir. Bundan əlavə, dostum və həmkarım (daxili bazar üzrə Avropa komissarı Tyerri Breton – red.) Breton tezliklə hərbi sənayenin inkişafı planını təqdim edəcək, lakin hələlik əlimizdə olanlarla kifayətlənməliyik, əlimizdə isə çox şeyimiz var”, – o qeyd edib.

Avropanın baş diplomatı əlavə edib ki, Aİ “artıq Ukraynadan 16 000-dən çox əsgər hazırlayıb və bu ilin sonuna qədər bu rəqəmi 30 000-ə çatdırmaq niyyətindədir”. Onun sözlərinə görə, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba videokonfrans vasitəsilə Avropa İttifaqındakı həmkarlarını ölkədəki vəziyyətlə bağlı məlumatlandırıb.

Çin və Braziliyanın sülh təkliflərindən danışan Borel onların müəlliflərinə “Kiyevə getməyi və vəziyyətə Ukraynanın gözü ilə baxmağı” tövsiyə edib. “Ona görə də biz artıq Ukraynanı tanklar, hava hücumundan müdafiə və döyüş təyyarələri ilə təmin edirik, Aİ ölkələri də hava imkanlarını təmin edir, nə qədər lazımdırsa, bunu davam etdirəcəyik”, – o, əmin edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər