16 C
Baku
Wednesday, October 30, 2024

ABŞ-ın daha bir bankı bağlana bilər

Dünən, aprelin 25-də Amerikanın “First Republic” bankı birinci rübün maliyyə hesabatını dərc edib və bu hesabatda depozitlərin həcminin əhəmiyyətli dərəcədə azaldığını bildirib – bankın əmanətləri 176 milyard dollardan 104 milyard dollara düşüb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Eyni zamanda, “First Republic”in gəliri və mənfəəti bir qədər azalıb – müvafiq olaraq 1.4 milyard dollardan 1.2 milyard dollara və 386 milyon dollardan 269 milyon dollara enib.

Maliyyə hesabatının dərcindən sonra “First Republic” kotirovkaları 20% aşağı düşüb, çünki martın ortalarında bu bank ciddi maliyyə problemləri yaşayan Amerika bankları sırasında olub.

Mümkün problemlərlə bağlı şayiələr “Silicon Valley Bank”ın müflis olması xəbərindən sonra yayılmağa başlayıb. Bir gün əvvəl Nyu-York tənzimləyicisi sistem riskləri səbəbindən daha bir bankı – “Signature Bank”ı bağlayıb. Analitiklər hesab edirlər ki, səhmləri 70% ucuzlaşan “First Republic”in gələcəyi hələ də təhlükə altındadır.

“Şirkətin gələcəyi qeyri-müəyyəndir, – deyə “CI Roosevelt” şirkətinin tərəfdaşı Ceyson Benovits söyləyib. – O, çoxlu əmanət itirib, bu itkiləri birtəhər ödəmək lazım gələcək və bunun üçün çox güman ki, kreditlər lazım olacaq. Bu isə şirkətin gələcək rüblərdə və ondan sonrakı dövrlərdə gəlirliliyinə təsir edəcək”.

Son xəbərlər
Digər xəbərlər