Sabah Almaniya, Avstriya, Danimarka, Fransa, Şimali Kipr Türk Respublikası və Lüksemburqda yaşayan türk vətəndaşları üçün Türkiyə Prezidenti və parlament seçkiləri çərçivəsində səsvermə prosesi başlayacaq.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti və millət vəkili seçkiləri 14 mayda baş tutacaq.