Rusiya Silahlı Qüvvələri Ukraynanın Nikolayev şəhərini raket atəşinə tutması nəticəsində 1 nəfər ölüb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” komandanlığının mətbuat xidmətinin rəhbəri Natalya Qumenyuk bildirib.
Qeyd olunub ki, Rusiya ordusunun Qara dənizdən “Kalibr” raketləri ilə zərbə endirməsi nəticəsində yaralananların sayı 23 nəfərə çatıb.