“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Xidmət” MMC-nin direktoru Cabir Əsgərov vəzifəsindən azad edilib.
Banker.az xəbər verir ki, şirkətə rəhbərlik Şıxəli Abasova həvalə olunub.
Xatırladaq ki, 2018-ci ildə yaradılan şirkətin nizamnamə kapitalı 34 210 manatdır. Şirkət ASK-nın mülkiyyətində olan dövlət əmlaklarını (“ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi, “AMAY” Ticarət Mərkəzi və s.) idarə edir.