Universitetlər üzərindən institutların maliyyələşdirilməsi mexanizminin tətbiqinə başlanılacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.
O bildirib ki, bu ilin sentyabrından bu mexanizm tətbiq olunacaq:
“Hesab edirik ki, bu, növbəti illərdə institutların inkişafına və universitetlərin elmi-tədqiqatlarının genişlənməsinə gətirib çıxaracaq. Beləliklə, layihə təqdim edən alimin əməkhaqqı artacaq, əks halda isə sabit qalacaq”.