10 C
Baku
Thursday, December 12, 2024

Ağcabədidə nöqsanlar aşkarlanan pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı

Nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Ağcabədi rayonu, Dördyol ərazisində fəaliyyət göstərən fiziki şəxs Nəcəfov Təşkilat Qərib oğluna məxsus pendir sexində yoxlama keçirilib.

Baxış zamanı sexdə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi aşkarlanıb.

Belə ki, müəssisədə mexaniki havalandırma sisteminin quraşdırılmadığı, süni işıqlandırma zamanı istifadə olunan lampaların qoruyucu üzlüklə üzlənmədiyi, texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı,  döşəmə və divar səthlərinin asan təmizlənə bilən və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, pəncərələrin toz və həşəratlara qarşı qoruyucu torla təmin olunmadığı, işçi heyətin müvafiq sahə ilə təchiz edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

1682672132foto2 jpg

Son xəbərlər
Digər xəbərlər