Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başa çatıb.
Onlar regiondakı durumu müzakirə ediblər.
A.Mirzoyan bildirib ki, Ermənistan sülh danışıqlarını davam etdirməyə hazırdır.
***
İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna arasında görüş başlayıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, fransalı nazir aprelin 27-də Bakıda səfərdə olub.