6 C
Baku
Sunday, December 15, 2024

İran parlamenti sənayə nazirinin vəzifəsindən uzaqlaşdırılmasına səs verib

İranın sənaye, mədən və ticarət naziri Seyidrza Fatemi Amin vəzifəsindən uzaqlaşdırılıb.

İran parlamenti nazirə impiçment elan edib.

Bildirilib ki, məclis üzvlərinin 162-si lehinə, 102-si əleyhinə səs verib, 2 nəfər çəkinib, 6 nəfərin səsi isə etibarsız hesab edilib.

Qeyd edək ki, daha sonra İran Prezidenti İbrahim Rəisi nazirin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı müvafiq sərəncam imzalamalıdır.

Son xəbərlər
Digər xəbərlər