14 C
Baku
Sunday, November 24, 2024

OPEC+ ölkələrinin bir qismi neft hasilatının azaldılmasına başlayıb

OPEC+ sazişində iştirak edən ölkələrin bir qismi 2023-cü ilin sonuna qədər davam edəcək neft hasilatının könüllü olaraq azaldılmasına bu gündən, mayın 1-dən başlayıb, Banker.az bu barədə TASS-a istinadən xəbər verir. Hasilatın ümumi azalması sutkada 1.66 milyon barel təşkil edəcək.

Ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi OPEC+ ölkələri gözlənilmədən aprelin 3-də, alyansın nazirlər səviyyəsində monitorinq iclasından bir gün əvvəl may ayından 2023-cü ilin sonuna kimi neft hasilatının könüllü olaraq azaldılmasını elan edib. Monitorinq iclasından sonra OPEC-in saytında dərc olunan bəyanatda hasilatın azaldılması ilə bağlı qabaqlayıcı tədbirlərin neft bazarında sabitliyin qorunmasına yönəldiyi bildirilib.

Ümumilikdə doqquz OPEC+ ölkəsi hasilata əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Səudiyyə Ərəbistanı könüllü olaraq hasilatı sutkada 500 min barel, İraq – 211 min barel, BƏƏ – 144 min barel, Küveyt – 128 min barel, Qazaxıstan – 78 min barel, Əlcəzair – 48 min barel, Qabon – 8000, Oman – 40 min barrel azaldacaq. Rusiya hasilatı iyunun sonuna qədər qüvvədə olan gündəlik 500 min barel azaltmaq qərarını ilin sonuna qədər uzadıb.

Hasilatı könüllü olaraq azaltmaq qərarı OPEC+ müqaviləsinin 2022-ci ilin noyabr tarixli qərarından əlavə tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər