Bu il mayın 1-dən Rusiya neftinin ixrac rüsumu simvolik olaraq 0.1 ABŞ dolları məbləğində artırılaraq 1 ton üçün 14.4 dollara çatdırılıb.
Bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, 15 mart – 14 aprel 2023-cü il tarixləri arasında Rusiyanın ixrac etdiyi “Urals” markalı neftin bir barel üçün orta qiyməti 51.15 dollardan və ya bir 1 üçün 373.4 dollar olub. Bir ay öncə “Urals” neftinin bir barelinin qiyməti 50.8 dollar səviyyəsində olub.