“Azəralüminium” MMC “ADY Konteyner” MMC ilə təxminən 3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Poti – Gəncə marşrutu üzrə 20 futluq konteynerlərdə bişirilmiş anod blokları yükünün 1150 konteynerdə, mal-metirialların 100 konteynerdə və 40 futluq konteynerlərdə mal-materialın 50 konteynerdə dəmir yolu ilə daşımasının xidmətin satınalması ( 12 aylıq həcm ) nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2.739.550 manatdır.