10 C
Baku
Friday, December 13, 2024

Ukraynada hərbi vəziyyət rejimi və səfərbərlik müddəti daha 3 ay uzadılıb – Yenilənib

17:15

Ukraynada hərbi vəziyyət rejimi və ümumi səfərbərlik müddəti daha 3 ay, avqustun 18-dək uzadılıb.

Bu barədə Ukrayna Ali Radası qərar qəbul edib.

Qanunverici orqanın 324 deputatı “Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” qanun layihəsinin lehinə səs verib.

333 deputat isə ümumi səfərbərliyin müddətinin uzadılmasını dəstəkləyib.

Qeyd edək ki, Ukraynada ilk dəfə hərbi vəziyyət ötən il fevralın 24-də, yəni Rusiya ilə genişmiqyaslı müharibənin başladığı gün elan olunub.

***

10:02

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya hərbi vəziyyətin uzadılması və səfərbərlik haqqında qanun layihələrini təqdim edib.

Qanun layihələri bazar ertəsi Radanın saytında yer alıb.

Lakin müddətlərin nə qədər uzadılacağı məlum deyil, hələlik layihələrə də dair izahlı qeydlər yoxdur.

Qeyd edək ki, Ukraynada 2022-ci il fevralın 24-də hərbi vəziyyət rejimi tətbiq olunub, ertəsi gün Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb. Nəticədə hərbi xidmət keçməli olan kişilərin ölkədən çıxışı qadağan edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər