9 C
Baku
Thursday, December 26, 2024

Avropada inflyasiya 7%-dək sürətlənib

İlkin hesablamalarına görə, 20 Avrozona ölkəsində istehlak qiymətləri mart ayında qeydə alınan 6.9% ilə müqayisədə 7% artıb. Qiymət artımı “Bloomberg”in sorğusuna qatılan analitiklərin orta proqnozundan (6.9%) və hədəf 2% səviyyəsindən xeyli yuxarı olub.

Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

İnflyasiyanın sürətlənməsinə enerji qiymətlərinin artması təsir edib. Avrozonada ərzaq, alkoqol və tütün məmulatlarının qiymətlərinin artım tempi martda 15.5%-dən 13.6%-ə, sənaye məhsullarının qiymətlərinin artım tempi isə 6.6%-dən 6.2%-ə qədər azalıb.

Ərzaq, alkoqol, tütün və enerji kimi dəyişkən malların qiymətlərini nəzərə almayan baza inflyasiya mart ayında rekord həddə (5.7%) çatdıqdan sonra aprel ayında 5.6%-ə enib.

Ən yüksək illik inflyasiya Latviya (15%), Slovakiya (14%) və Litvada (13.3%), ən aşağı  isə Lüksemburqda (2,7%), Belçikada (3,3%) və İspaniyada (3,8%) qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər