Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75 %-dən 9 %-ə çatdırılması barədə qərar qəbul edib.
Banker.az AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7 %-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10%-ə çatdırılıb.
Qeyd edək ki, Banker.az analitikləri həftənin əvvəlində uçot faiz dərəcəsinin 8.75%-dən 9.00%-ə qədər artırılacağını proqnoz etmişdilər.
Yeni uçot dərəcəsi mayın 4-dən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyunun 21-də ictimaiyyətə açıqlanacaq.
Bir qədər sonra AMB-nin əsas binasında mətbuat konfransı keçiriləcək.