2 C
Baku
Saturday, December 14, 2024

Yarım milyonluq mənimsəməyə görə ittiham olunan kassir barəsində cinayət işi məhkəməyə göndərilib

Şəmkirdə yerləşən marketlərdən birində kassir işləmiş Laura Əliyeva külli miqdarda mənimsəməyə görə həbs olunub.

Laura Əliyeva market sahibi Ramin Əliyevin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

Zərərçəkmiş tərəf iddia edir ki, təqsirləndirilən şəxs ona məxsus “Zirvə” marketdə kassir işləyərkən 500 min manat mənimsəyib.

Marketdə mənimsəmə faktı 2017-ci ildən 2020-ci illəri əhatə edib.

Zərərçəkmiş Ramin Əliyevin vəkili İlqar Rüstəmov deyib ki, cinayət işi ilə bağlı dəymiş ziyan 539 min manat təşkil edir, istintaq materiallarında isə 500 mindən bir qədər az qeyd olunub. Bununla bağlı müdafiə tərəfi məhkəmə araşdırması gedişində mülki iddia qaldıracaq.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 ( mənimsəmə-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Laura Əliyeva təqsirləndirilən şəxs qismində tanınıb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai istintaq başa çatıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər