Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla sənəd imzalamaq imkanından məmnun olacaq.
“Sənədi imzalamaq imkanı olarsa, məmnum olaram», – Paşinyan çərşənbə günü parlamentdə “hökumət saatı” çərçivəsində deyib.
Onun sözlərinə görə, Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında danışıqlar aparılır və «danışıqlar masasında sənəd var”. “Bu sənəddə yeni heç nə yoxdur, açıq şəkildə danışmadığım heç nə yoxdur”, – Paşinyan izah edib.
O qeyd edib ki, danışıqlara istənilən qiymət verməkdən çəkinəcək, çünki hər hansı bir bəyanat onların gedişatına təsir göstərə bilər.
“Mən bizim danışıqlar aparan şəxslərə göstəriş verdim, dedim ki, sizin ətrafında danışıqlar aparacağınız sənədi mən imzalayacağam, buna görə sərbəst şəkildə və bizim ictimai rəyimiz əsasında danışıqlar aparın. Lakin bu demək deyil ki, danışıqlar zamanı yeni ideyalar yarana bilər”, – Paşinyan bildirib.