26 iyun 2023-cü il tarixdə, saat 10:00-da, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ünvanında, Cəmiyyətin inzibati binasında “Bakı-Əhəng” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir:
1. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi;
2. Cəmiyyətin direktorunun təyin edilməsi;
3. Cəmiyyətin yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi;
4. Cəmiyyətin təsis sənədlərinə edilən dəyişikliklərin qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi;
5. Digər məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda əldə etmək olar.
Qeyd edək ki, “Bakı-Əhəng” ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 044 672 manatdır və qanuni təmsilçisi Arif Əhmədovdur.