10 C
Baku
Saturday, November 23, 2024

Peskov Kremlə PUA hücumuna görə ABŞ-ı günahlandırıb

“Kiyev həm hədəfləri, həm də zərbə üçün vasitələri Vaşinqtonun diktəsi ilə seçir”.

Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov mayın 4-də jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ukrayna PUA-larının Kremlə hücumu araşdırılır: “Biz inanırıq ki, bu işin arxasında Kiyev var. Kiyevin Kremlə hücumunun arxasında isə Vaşinqton dayanır. ABŞ-ın bu məsələdən boyun qaçırmaq cəhdləri gülüncdür”.

D.Peskovun sözlərinə görə, sözügedən hadisədən sonra Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatının” məqsəd və vəzifələri dəyişməyib: “Biz cavab tədbirləri üçün müxtəlif variantları nəzərdən keçiririk. Hazırda Kremldə vəziyyət normaldır, hər kəs öz işi ilə məşğuldur. Kremlin təhlükəsizliyi daha da gücləndiriləcək”.

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər