ABŞ öz resurslarından Polşaya “Apache” helikopterləri verəcək. Onlar NATO-nun şərq cinahında yerləşdiriləcək.
Bu barədə Şərqi Avropa ölkəsinin müdafiə naziri Mariuş Blaşçak deyib.
Onun sözlərinə görə, helikopterlər ölkənin müdafiəsini gücləndirməyə kömək edəcək və Polşaya şərqdən hücumu qeyri-mümkün qılacaq.
“Biz təminat aldıq ki, ABŞ ordusu bizə öz resurslarından “Abrams” tankları ilə yaxşı işləyən “Apache” helikopterləri çatdıracaq. Maşınlar NATO-nun şərq cinahına gedəcək və Brest darvazasını bağlayacaq”, – Blaşçak bildirib.