14 C
Baku
Saturday, November 23, 2024

ABŞ Xəzinədarlığı Konqresə mümkün defolt barədə xəbərdarlıq edib

ABŞ prezidentinin defoltdan qaçmaq üçün konstitusiya dəyişikliyindən istifadə etməsi Amerikada hərtərəfli böhrana səbəb ola bilər. Bunu “ABC News”a müsahibəsində ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

“İyunun əvvəlində pulumuzun tükənəcəyini proqnozlaşdırırıq. Bunun iyunun 1-də baş verməsi ehtimalı var. Federal daxilolmalar və xərclər mahiyyət etibarilə dəyişkən olduğundan, Xəzinədarlığın fövqəladə tədbirlərdən çıxacağı faktiki tarix həftələr sonra ola bilər”, – Yellen bildirib.

Yellen daha əvvəl demişdi ki, Xəzinədarlığın defoltdan qaçmağa kömək edəcək yolları tükənir. Onun sözlərinə görə, nazirlik bir neçə aydır ki, fövqəladə tədbirlərdən istifadə edir, lakin bunun üçün fürsət başa çatmaq üzrədir.

May ayında ABŞ-ın maliyyə naziri iyunun 1-də dövlət borcunun limiti keçməsi ilə əlaqədar fövqəladə tədbirlərin tükənəcəyini açıqlamışdı. Yellen Konqres iyun ayına qədər borc limitini qaldırmasa, səlahiyyətlilərinin bütün öhdəliklərini yerinə yetirə bilməyəcəyinə də diqqət çəkmişdi.

Son xəbərlər
Digər xəbərlər