-3 C
Baku
Sunday, December 15, 2024

Ölkədə nağdsız ödənişlərə maraq azalır?

Son illərdə əhalidə nağdsız ödənişlərə marağın artdığını düşünsək də, ötən ay ölkədə ödənış kartlarının azaldığını görə bilərik. Bildiyiniz kimi nağdsız ödəniş –nağd pulun iştirakı olmadan dəyərin hərəkəti deməkdir. Yəni, daha dəqiq desək, qarşılıqlı tələblər nəticəsində pul vəsaitlərinin kredit təsisatlarının hesabları ilə yerdəyişməsi nəzərdə tutulur. Nağdsız ödənişlər çek, veksel, kredit kartları və digər kredit alətləri vasitəsi ilə həyata keçirilir.

Nağdsız pul dövriyyəsi aşağıdakılar aşağıdakı subyektlər arasında hesablaşma aparmağa icazə verir.

  • Kredit təsisatlarında hesabları olan müxtəlif sahibkarlıq formasına malik müəssisələr, institutlar, təşkilatlar;
  • Hüququ şəxslər və kredit təşkilatları kredit alınması və qaytarılması ilə bağlı;
  • Hüquqi şəxslər və əhali əməkhaqqıları və qiymətli kağızları üzrə gəlirlərin əldə olunmasına görə
  • Fiziki və hüquqi şəxslər dövlət xəzinəsi ilə vergi, rüsum və digər icbari ödənişlərin verilməsinə görə;

2015-ci ilin 1 Avqust tarixində Azərbaycanda bankomatlar ötən ay ilə müqayisədə 18 ədəd azalaraq 2 685 ədəd, pos terminalların sayı isə 305 ədəd azalaraq 77 959 ədəd olub.

Bununla yanaşı ölkədə ödəniş kartlarının sayında da azalma olub.  Aşağıdakı cədvəldə ilin əvvəlindən debet və kredit kartları ilə aparılan əməliyyatların dəyişmə tempi ilə tanış ola bilərsiniz.

Capture

Son xəbərlər
Digər xəbərlər