12 C
Baku
Saturday, November 23, 2024

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

®(Amerika  inflyasiya və İngiltərədə iqtisadi inkişaf səviyyəsi göstəriciləri fonunda birjalar)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Ötən həftə ABŞ Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini proqnozlaşdırıldığı kimi 25 baza bəndi artıraraq 5-5.25% aralığına qaldırararaq son 16 ilin ən yüksək səviyyəsini yüksəltdi. Keçən ilin martından bu yana 10-cu faiz artımını reallaşdıran bank, faiz dərəcəsini ümumilikdə 500 baza bəndi artırmış oldu.

Ötən həftə ölkədə açıqlanan məlumatlara görə, analitiklər əmək bazarında güclü kursun davam etdiyini ifadə edərək, qeyd olunan məlumatların FED-in monetar siyasətin davamında əlini yüngülləşdirdiyini qeyd ediblər.

Beləki, ABŞ-da qeyri-kənd təsərrüfatı sektorunda yeni yaranan iş yerlərinin sayı aprel ayında gözləntiləri aşaraq 253 min nəfər artdığı halda, işsizlik səviyyəsi 3.4%-ə enib ki, bu da son 50 ildən çox müddətdə ən aşağı səviyyədir.

Digər tərəfdən, ABŞ Federal Əmanətlərin Sığortalanması Koorporasiyası (FDIC) “First Republic Bank”-ın bağlandığını və aktivlərinin ABŞ-ın böyük banklarından biri olan “JPMorgan Chase” tərəfindən alınacağını açıqladıqdan sonra bank böhranı səngisə də, bank sektoruna dair növbəti neqativ xəbərlə yenidən ortalıq qarışdı. 

“PacWest Bancorp” (PACW.O) çətinliklərlə üzləşib. Bank satış və kapitalın artırılması da daxil olmaqla strateji variantları araşdırır. Bu xəbərdən sonra bankın və bir sıra digər regional ABŞ kreditorların səhmlərinin qiymətləri ucuzlaşıb.

“PacWest” səhmlərinin təxminən 60% ucuzlaşması, tənzimləyicilərin mart ayında “Silicon Valley Bank” və “Signature Bank”-ın iflas olmaqları ilə başlayan bank böhranına son qoymaq səylərinə baxmayaraq, investorların regional banklara güvənmədiklərini vurğulayır.

Sektorda narahatlıqlar nisbi sakitlik dövründən sonra yaranmağa başlayıb və Amerikada kredit imkanlarının çətinləşməsinə səbəb olmaqla, iqtisadi artıma mənfi təsir göstərə bilər.

“PacWest” səhmləri 8 mart tarixində başlayan regional bank böhranından bugünə qədər 90% dəyər itirib. Həftə ərzində təzyiq altında olan digər regional kreditorların səhmlərinin qiymətləri də  ucuzlaşıblar. 

Nəticədə səngimək bilməyən qeyri-müəyyənliklər dollar indeksinidəki artım tednesiyasının yenidən enişlə əvəzlənməsinə səbəb olub. Həftəni 100.80 bənd səviyyəsindəki kritik dəstək həddinin üzərində, 100.86 bənddə başa vuran dollar indeksində bütün suallara çərşənbə günü açıqlanacaq aprel ayı üçün inflyasiya göstəriciləri aydınlıq gətirə bilər. Analitiklər İstehlak Qiymətləri Baza İndeksinin aylıq illik 5.5% artacağını ehtimal edirlər. Manşet inflyasiyanın (CPİ) isə illik müqayisədə 5% artacağı proqnozlaşdırılır.

İqtisadi təqvimə CPI rəqəmləri ilə yanaşı, cümə axşamı açıqlanacaq İstehsal Qiymətləri İndeksi də daxildir.

EUR

Ötən həftə Avropa birjalarında Avropa Mərkəzi Bankının (AMB) gözləntilərə uyğun olaraq üç əsas faiz dərəcəsini 25 baza bəndi artırdığı həftədə qarışıq kurs müşahidə olunub.

ECB tərəfindən, gələcək dövrdə alınacaq qərarların birjalarda qiymətlər üzərində təsrilərinin ciddi olacağı açıqlanıb.

Toplantı sonrası baş tutan mətbuat konfransında ECB sədri Kristin Laqard, bankın inflyasiyaya qarşı “gedəcəyi daha çox yol” olduğunu və Avrozonada inflyasiya ilə mübarizə üçün monetar sərtləşdirməni “dayandırmadığını” söylədi.

Analitiklər ehtimallarına görə faiz qərarı və sədr K.Laqardın açıqlamalarından sonra valyuta birjalarında qiymətlərin formalaşmasında ECB-nin ilin sonuna qədər faiz dərəcələrini əlavə olaraq  50 baza bəndi artıracağı proqnozları mühim roll oynayacaq.

Çərşənbə günü Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksləri EURUSD məzənəsində tendensiyanın formalaşmasına ciddi təsir edə bilər. Təhlillərə əsasən “buğalar” EURUSD məzənnəsində qiymətləri 1.1066 həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası 1.12$-a kimi davam edə bilər.

GBP.

İnflyasiya ilə mübarizəni davam etdirən İngiltərə Mərkəzi Bankının (BoE) cümə axşamı faiz dərəcələrini daha 25 baza bəndi artıracağı gözlənilir.

Böyük Britaniyada inflyasiya 10.1% təşkil edir ki, bu da Avrozonadan xeyli yüksəkdir. Eyni zamanda, ərzaq qiymətlərinin artması və “Brexit” səbəbiylə əmək bazarındakı problemlər maaşları yüksək saxlayır.

Yüksək inflyasiyanın və sıx əmək bazarının birləşməsi bu il daha çox faiz artımı ehtimallarını gücləndirir. Buna görə də mərkəzi bankın iqtisadi artım və inflyasiya ilə bağlı yenilənmiş proqnozları yaxından izləniləcək.

Qeyd edək ki, BoE qərarından bir gün sonra İngiltərədə açıqlanacaq aylıq, rüblük və illik müqayisədə ÜDM məlumatlarına əsasən ölkədə iqtisadi artım templərin olduqca zəif olacağı proqnozlaşdırılır.

GOLD. 

Qızılın qiyməti həftə ərzində tarixi maksimumunu (2075.10$) yeniləyərək 2075.38$ səviyyəsini görsə də Amerikada proqnozların çox üzərində artım qeyd alınan əmək bazarı göstəriciləri fonunda bir qədər ucuzlaşdı. Lakin, qiymətli metalın bir unsiya üzrə qiyməti həftəni əvvəlki bağlanışla müqayisədə 1.4%-lik bahalaşma ilə 2016.36$ səviyyəsində bağladı.

Təhlillərə əsasən bu həftə İngiltərə Mərkəzi Bankının faiz qərarı, Amerikada, Almaniyada və İngiltərədə açıqlanacaq inflyasiya göstəriciləri, həmçinin İngiltərədə dərc olunacaq ÜDM-in həcmi valyuta bazarlarında aktivliyin artmasına səbəb ola bilər. Bu isə qiymətli metalın qiymətlərində də ciddi dalğalanmalar yarada bilər. 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin 

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

Son xəbərlər
Digər xəbərlər